Tələbələr intellektual fərdi yarışda

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə intellektual fərdi yarış keçirilib. Dəyirmi masa ətrafında keçirilən yarışın məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarıb, onların daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Fərdi sual-cavab formasında keçən yarışda universitetin tarix-coğrafiya, pedaqoji, biologiya-kimya, iqtisadiyyat və idarəetmə fakültələrindən 60 tələbə iştirak edib.
İştirakçılar 20 sualı düzgün cavablandırmaq uğrunda aparılan mübarizəyə qoşulublar.
Tarix-coğrafiya fakültəsinin tələbələri Zamiq Şahbazov və Aruz Kəsəmənli suallara düzgün cavab verərək, qalib adını qazanıblar.
Qalib tələbələr hədiyyə ilə mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =