“Azercell”in əməkdaşları GDU-da tələbə təqaüdü proqramı ilə bağlı görüş keçirib

Azercellin Tələbə Təqaüdü proqramı çərçivəsində “Azercell Telekom” MMC-nin əməkdaşları Gəncə Dövlət Universitetində tələbələrlə görüş keçirib.

Tədbiri açan rektorun baş müşaviri dosent Asif Cavadov çıxışında “Azercell”-in əməkdaşları və tələbələrini salmalayaraq şirkətin həyata keçirdiyi təqaüd proqramının əhəmiyyətini vurğulayıb.
Sonra “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları Departamentinin əməkdaşları Nigar Rəhimova,Vahidə Orucova və Emin Tağıyev çıxış edərək Təqaüd proqramına müraciət qaydalarını izah ediblər.
Bildirilib ki, məhz bu proqram vasitəsilə “Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir. Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd alacaqlar. Həmçinin telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində , müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansı əldə edəcəklər.