TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI UNİVERSİTETİN PEDAQOJİ, RİYAZİYYAT VƏ İNFORMATİKA FAKÜLTƏSİNİN I KURSUNDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİB

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı universitetin Redaqoji, Riyaziyyat və informatika fakültəsinin I kursunda təhsil alan tələbələrlə görüş keçirib.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetdə tələbələrin iştirakı ilə görülmüş işlər, gənclərlə birgə maraqlı layihələrin həyata keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artırılması məqsədilə yaradılan hər cür şərait haqqında ətraflı məlumat verib.Tədbirdə Tələbə Gənclər Təşkilatının son bir il ərzində fəaliyyətini əks etdirən video-çarxın nümayişi tələbələrin böyük marağına səbəb olub.

Görüşün sonunda ali məktəbdə ilk addımlarını atan tələbələri maraqlandıran suallar cavablandırılıb.