Gəncə Dövlət Universitetinin gənc alimləri Düşənbədə keçirilən beynəlxalq seminarda iştirak ediblər

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Universitetinin iki nəfər alimi Düşənbədə keçirilən MDB ölkələrinin gənc alimlərinin beynəlxalq seminarında iştirak ediblər.

Varzob dağ-botanika stansiyası bazasında  (Kondara) təşkil olunan beynəlxalq seminar bioloji müxtəlifliyin öyrənilməsinə həsr edilib. GDU-nu təmsil edən alimlərdən dosent Aynur Bayramova “Azərbaycanın qərb zonasının xüsusi mühafizə olunan təbiət ərazilərinin flora biomüxtəlifliyi”, biologiya üzrə fəlsəfə doktoru Ramidə Quliyeva isə “Azərbaycanın Gəncə-Qazax bölgəsində senopopulyasiya tədqiqatlarının müasir vəziyyəti və perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.

Həmçinin Qissar dağ sisteminə təşkil olunmuş elmi ekspedisiyada gənc alimlər floranin bioloji müxtəlifliyi, miqrasiyası və səmərəli istifadə olunmasına dair qiymətli məlumatlar toplayıblar.