Gəncə Dövlət Universitetinin tələbələri asudə vaxtlarını səmərəli keçirirlər

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gənclərin  asudə vaxtının səmərəli təşkili məqsədilə Pedaqoji və Biologiya və kimya fakültələrinin tələbələri üçün Gənclər evində görüş təşkil edilib. İlk öncə Gənclər evinin qarşısında yaradılmış şəraitdən yararlanan gənclər idman alətlərindən istifadə edərək maraqlı vaxt keçiriblər. Daha sonra tələbələr Gənclər evinədə yaradılan şəraitlə yaxından tanış olub, stolüstü tennis, bilyard oynayıb, trenojor zalının xidmətlərindən istifadə ediblər.