Tələbə gənclər təşkilatı universitetin Filologiya fakültəsinin I kursunda təhsil alan tələbələrlə görüş keçirib

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı universitetin Filologiya fakültəsinin I kursunda təhsil alan tələbələrlə görüş keçirib.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetdə tələbələrin iştirakı ilə görülmüş işlər, gənclərlə birgə maraqlı layihələrin həyata keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artırılması məqsədilə yaradılan hər cür şərait haqqında ətraflı məlumat verib.Tədbirdə Tələbə Gənclər Təşkilatının son bir il ərzində fəaliyyətini əks etdirən video-çarxın nümayişi tələbələrin böyük marağına səbəb olub.

Görüşün sonunda ali məktəbdə ilk addımlarını atan tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 15 =