Bu il Gəncə Dövlət Universitetinin Əlavə təhsil fakültəsinə 167 nəfər qəbul olunub

Gəncə Dövlət universitetinin Əlavə təhsil fakültəsinə qəbul olunan tələbələrlə görüş keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Yusif Yusibov bildirib ki, ali təhsil müəssisəsinin Əlavə təhsil fakültəsinə 2017-2018-ci tədris ilində yenidənhazırlanma məqsədi ilə 190 nəfər müraciət edib.

Təqdim olunan sənədlər rektorun müvafiq əmri ilə yaradılmış işçi qrup tərəfindən Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi “Qaydası”nın tələbləri gözlənilməklə yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə 167 nəfər seçdikləri ixtisas üzrə işlədikləri və ixtisaslarının baza təhsili proqramları arasındakı fərqə qoyulan tələbə uyğun gəldiyini nəzərə alaraq rektorun 03 oktyabr 2017-ci il tarixli müvafiq əmri ilə yenidənlazirlanma təhsilinə qəbul olunublar.

Rektor Yusif Yusibov tələbələrə tövsiyyələrini verib, onlara təhsillərində uğurlar arzulayıb.

Əlavə təhsil fakültəsinin dekanı Zakir Zeynalov bildirib ki, bu il universitetə qəbul olunanlardan daha çox Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (27 nəfər), İngilis dili üzrə Xaici dil müəllimliyi( 26 nəfər) və Riyaziyyat müəllimliyi (20 nəfər) ixtisasları üstünlük təşkil edib.Ən az qəbul isə Biologiya müəllimliyi (11 nəfər), İnformatika müəllimliyi (10 nəfər) və Coğrafiya müəllimliyi (7 nəfər) ixtisasları üzrə qeydə alınıb.

Həmçinin yeni qəbul olunmuş tələbələrə təqdim edəcəkləri sənədlər barədə, eləcə də tədris prosesi, imtahanların təşkili və keçirilməsi haqqında geniş məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.