Avropa Komissiyasının maliyyə vəsaiti hesabına yeni uğur qazandığımız layihə İtaliya Respublikasının Ka Foskari Venesiya Universiteti ilə 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdır. Layihənin əsas məğzi universitet müəllimləri və doktorantları üçün italiyan dili kursları təşkil olunacaqdır. Təlimçilər müqaviləyə əsasən tərəfdaş universitetdən təşif buyuracaqlar. 2 aylıq intensiv kusdan sonra uğur qazanacaq olan müəllimlərimiz 1 və 2 həftəlik Ka Foskari Venesiya Universitetində yenidən kurslarda iştirak edə biləcəklər. Layihə uzun müddətli nəzərdə tutulmuşdur. Layihənin növbəti illərdə davamlılığı üçün tələbə mübadiləsi və italiyan dili kafedrasının yaradılması təklifi də Universitetimiz tərəfindən təklif olunur. Tezliklə layihə haqqında ətraflı məlumatı sizinlə bölüşəcəyik.
Layihənin icra müddəti 26 ay nəzərdə tutulub.