“TAİEX” çərçivəsində beynəlxalq seminar

Təhsil nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Avropa Komissiyası ilə birgə  “TAİEX” proqramı çərçivəsində təşkil etdiyi beynəlxalq təlimdə Gəncə Dövlət Universiteti də təmsil olunub.

Təlimdə GDU-nu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov Məmmədov təmsil edib.

İki gün davam etmiş təlimin mövzusu Azərbaycanın ali təhsil sistemində keyfiyyət təminatı qaydaları və Avropa akkreditasiya sisteminin Azərbaycan təhsilinə tətbiqi qaydalarına həsr edilib.

Qeyd edək ki, Azərbaycan ali təhsil müəssisələrində akkreditasiya standardları Avropa tələblərinə uyğun olaraq yenilənib. Təlimin keçirilməsində əsas məqsəd də bu standarları inteqrasiya etməkdir. Təlimdə Təhsil nazirliyi tərəfindən dəvət alan Avropa Birliyinin ekspertləri Hannele Keranen, Merja Forest və Katlin Vanari öz təcrübələrini yerli ali təhsil müəssisələrinin əməkdaşları ilə bölüşübülər.

Gələcəkdə də bu “TAİEX” proqramı çərçivəsində bu cür təlimlərin keçiliməsi gözlənilir. Bu sistemin uğurlu tətbiqi və inkişafı Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq təhsil arenasında səmərəli fəaliyyət göstərməsinə dəstək olacaqdır.