İntellektual bilik yarışı üzrə universitet birinciliyinin qalibləri mükafatlandırılıblar

Gəncə Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin təşəbbüsü və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Şahin Xurşudov dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edən milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşılanması, gənclərin intellektual inkişafı, onların asudə vaxtlarını səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində universitetdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.

Universitetin bütün fakültələrinin fəal tələbələrinin iştirak etdiyi intellektual yarışda gənclər müxtəlif sahələrə aid biliklərini nümayiş etdiriblər.

Hər biri beş nəfərdən ibarət olan komandalar 20 sualı cavablandıraraq yarışın qalibini müəyyən ediblər.

İntellektual bilik yarışında universitetin“Everest” komandası I yerə, “Bozqurt” komandası II yerə, “Kəlbəcər” komandası isə III yerə çıxıb.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.