Universitedə yeni layihə: Hamımız magistr olaq

Gəncə Dövlət Universitetində magistraturaya qəbul olmaq istəyən gənclər üçün “Hamımız magistr olaq” layihəsinin icrasına başlanılıb.

Magistr Natella Əliyevanın təşəbbüsü və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə icra olunan layihə nin məqsədi GDU-nun 4-cü  kursunda təhsil alan tələbələr üçün ödənişsiz magistr hazırlığı həyata keçirməkdir.

Qeyd edilib ki, universitet tələbələrinin böyük maraqla qoşulduğu ödənişsiz hazırlıq kursunda iştirak edən tələbələrin sayı 70 nəfərdir. Hazırlıq kursunda tələbələr məntiq, informatika və xarici dil fənlərindən tədris olunan dəsrləri maraqla dinləyir və ciddi hazırlaşırlar.

Dərslərin maraqlı və yaddaqlan keçməsində isə universitetin magistr tələbələri İlahə Rəhimova və Rəvanə Dadaşova tələbələrə daha da yaxından kömək edirlər.