Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın iclası keçirilib.

Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb. Sonra universitetin rektoru, professor Yusif Yusibov Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanı 70 illik yubileyi münasibətilə, GDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovanı isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət heyətinin yeni tərkibinə Qərb zonasından üzv seçilməsi ilə əlaqədar kollektiv adından təbrik edib.

Universitetin İnnovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə, Rektorun müşaviri Asif Cavadov,  İnnovasiyalar departamentinin müdiri Vasif Həsənov, Professor Şaiq Məmmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov oktyabrın 6-dan 8-dək Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan Beynəlxalq Təhsil – “Education 2017” sərgisində Gəncə Dövlət Universitetinə ayrılan pavilyonda ali-təhsil müəssisəsini yüksək səviyyədə təmsil etdiklərinə görə fəxri fərmanla təltif ediliblər.

Sonra Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında, universitetdə əmək intizamının gücləndirilməsi üçün görülən işlər barədə, həmçinin Sosial fənlər kafedrası ilə Azərbaycan və dünya ədəbiyyatı kafedralarının 5 illik hesabatı dinlənilib, bir sıra cari məsələr müzakirə edilib.

Sonda Elmi şuranın qərarı ilə elmdə nail olduqları uğurlara və ali ali təhsilin inkişafındakı dəyərli töhfələrinə görə Nüyvər Nəsrullayev,Qulu Qurbanov, Мayıl Мustafayev, Мəmməd Sadıqov, Zakir Zeynalov, Heydər Kərimov, Zahid Abbasov, Rəşad Nuriyev, Rasim Adilov Gəncə Dövlət Universitetinin fəxri professoru seçiliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =