“ Fikir Çərşənbəsi”

5 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “ Fikir çərşənbəsi”nin növbəti qonağı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təsisçisi və rəhbəri Nigar Ələsgərova oldu. Saat yarım davam edən görüşdə maraqlı məsələlər müzakirə olundu. Tələbələr fikir mübadiləsi aparmaqla, həm də onları maraqlandıran suallara cavab aldılar.