İnşa müsabiqəsi

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər planını həyata keçirir. Dekabrın 6-sı tarixində də bu ənənənin davamı olaraq “Heydər Əliyev və Azərbaycan“ adlı inşa yazı müsabiqəsi təşkil olundu.
Müsabiqədə 80 nəfərə yaxın tələbə qız və oğlan Azərbaycan və Ulu Öndər haqqında öz biliklərini və yazı qabiliyyətlərini sınadılar. Müsabiqənin nəticələri dekabrın 8-də açıqlanacaq. Qaliblərə fəxri fərmanla bərabər, birinci, ikinci və üçüncü yeri tutanlar üçün dəyərli hədiyyələr hazırlanmışdır.
Orxan Məmmədov sədrlik etdiyi Tələbə Gənclər Təşkilatı adından müsabiqənin  keçirilməsinə göstərdiyi köməkliyə görə Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq xanıma və Mətbuat xidmətinin rəhbəri Maqbet Əhmədova təşəkkürünü bildirirdi.