Onların da sevinməyə haqqı var …

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ali-təhsil müəssisəsinin bir qrup tələbəsi Gəncə Uşaq Evinin sakinləri ilə görüşüb.

Uşaqlarla səmimi söhbət edən tələbələr onların dərsi ilə maraqlanıb, uşaq evində balacalara yaradılan şəraitlə tanış olublar.

Sonra Gəncə Uşaq Evinin ehtiyacları nəzərə alınmaqla gətirilən hədiyyələr uşaqlara təqdim olunub.

Sonda uşaq evinin sakinləri qonaqlar qarşısında yeni hazırladıqları şeirlərini və mahnılarını səsləndirib, rəqs nömrələri ilə çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 14 =