Xarici dillər fakültəsinin tələbələri Gəncə şəhərinin yeddi aparıcı ümumtəhsil məktəbində pedaqoji təcrübə keçəcək

Universitetin Xarici dillər fakültəsinin Xarici dillər müəllimliyi (ingilis, fransız, alman, rus) ixtisaslarının IV kurs tələbələri fevralın 16-dan mayın 24-dək iştirak edəcəkləri pedaqoji təcrübə ilə bağlı təlimatlandırılıblar.

Tədbirdə iştirak edən tələbələrə universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşları, fakültə dekanı, Leksika və ölkəşünaslıq, Qrammatika və ingilis dilinin tədrisi, Rus dili, Fransız dili kafedralarının müdirləri və təcrübə rəhbərləri tərəfindən pedaqoji təcrübə ilə bağlı metodiki işlər izah edilib, ali təhsil müəssisəsi ilə istehsal və xidmət müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən gənclərin təcrübədə olacağı yerlərin fəaliyyəti baradə ətraflı məlumat verilib.

Bildirilib ki, fakültənin tələbələri Gəncə şəhərinin 30, 31, 39, 43 və 44 saylı ümumtəhsil məktəblərində ixtisas kafedralarından olan rəhbər müəllimlərin proqramlarına uyğun olaraq təcrübə keçəcəklər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.