ALMANIYADA TƏHSIL IMKANLARI: MÖVCUD QAYDALAR VƏ PERSPEKTIVLƏR

Gəncə Dövlət Universitetində Alman dili kafedrası və DAAD-ın təşkilatçılığı ilə  onlayn maarifləndirici təlim təşkil edilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, təlimdə Alman dili kafedrasının professor- müəllim heyəti,  Alman dili, İngilis dili müəllimliyi və Tərcumə ixtisasınin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak ediblər.

Təlim zamanı Bakı ofisi ilə onlayn körpü yaradılıb və tələbələrə Almaniyada təhsil, təqaüd qazanma imkanları, qəbul ilə bağlı sənədləşmə haqqında məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + six =