“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihənin icrasına başlanılıb

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihənin icrasına başlayıb.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, yeni layihənin məqəsdi Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda canından keçən şəhidlərin, eləcə də qazi və döyüşçülərin hayat və döyüş yolunu öyrənmək, həmçinin onların sücaətini gənc nəslə təbliğ etməkdir.

Bildirilib ki, hər bir tədbirdə 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı haqqında məlumat verilməsi nəzərdə tutulub.

Əvvəlcə qəhrəmanlarımızdan bəhs edən video-çarx nümayiş etdirilib.

Sonra tələbələrə Azərbaycanın Milli Qəhrəmanları – Akif Ələkbərov, Arif Qədiməliyev, Anatoli Nikolayev, Albert Aqarunov, Araz Səlimov, Alı Mustafayev, Aqil Məmmədov, Aqil Musayev, Arif Qubadov və Aqil Quliyevin həyatı, döyüş yolları haqqında məlumat verilib.

Tədbirdə çıxış edənlər – Pedaqoji fakültənin 3-cü kurs tələbəsi Əsədullayeva Fidan və 1-ci kurs tələbəsi Cəfərova Ləman bu qəhrəmanların öz fədakarlıqları ilə Vətən torpağını, xalqını müqəddəs tutmalarından danışıblar.

Qeyd edilib ki, həyat və döyüş yolları gənclik üçün nümunə olan həmin qəhrəmanlar Azərbaycanın toxunulmazlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − one =