Açıq dərs: “Sinir sisteminin pataloji fiziologiyası”

Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin təşkilatçılığı ilə “Sinir sisteminin pataloji fiziologiyası” mövzusunda genişləndirilmiş auditoriya üçün seminar təşkil edilib.

Seminarda universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri dosent Vəfa Məmmədova, ixtisasç ıalim və müəllimlər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin pedaqoqları iştirak ediblər.

Tədbiri açan Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva bildiribki, universitetin alimləri və gənc müəllimləri tərəfindən təqdim edilən mövzular istər ixtisasçılar, istərsə də dinləyicilə tərəfindən yüksək dəyərləndirilir.

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Tükəzban Rüstəmova yeni mövzunu dinləyicilərə təqdim edib.

Bildirilib ki,  orqanizmin fizioloji funksiyalarının tənzimində və həyat fəaliyyətinin təmin edilməsində sinir sisteminin müstəsna rolu var. Bütün fizioloji və pataloji proseslər sinir sisteminin iştirakı ilə həyata keçir. Pataloji şəraitdə sinir sisteminin əsas əhəmiyyəti onun mühafizə uyğunlaşma reaksiyalarında iştirakı ilə bağlıdır.

Orqanizm xarici mühitlə daim təmasda olub, onunla vəhdət təşkil edir. Xarici mühitin fasiləsiz təsirini duyğu orqanları qəbul edir və onlara qarşı orqanizmdə daim uyğunlaşma reaksiyaları yaranır.Hər hansı canlı strukturun (toxumanın, hüceyrənin və sair) qıcığaqarşı cavab vermək qabiliyyətinə qıcıqlanma qabiliyyəti, verdiyi cavaba isə bioloji reaksiya deyilir.

Sinir sisteminin əsas anatomik vahidini təşkil edən neyronun (sinir hüceyrəsinin) fəaliyyətində reseptor funksiya – xarici mühitdən qıcığı qəbul etmək qabiliyyəti, inteqrativ funksiya – xarici mühitdən alınan informasiyanı təhlil etmək qabiliyyəti və effektor funksiya – sinir impulslarını işçi orqanlara çatdırmaq qabiliyyətləri ilə ayırd edilir. Bütün bu funksiyalar reflekslər şəklində icra olunur. Xarici və daxili mühit amillərinə qarşı mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin verdiyi cavab reaksiyaları refleks adını daşıyır.

Vurğulanıb ki, sinir xəstəlikləri ürək-qan damar və onkaloji xəstəliklərdən sonra 3-cü yerdə durur. Bu baxımdan da hər bir insan sinir sistemini zədələyən ekzogen və endogen amillər haqqında məlumatlı olmalıdır.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.