Peyntbol üzrə tələbələr arasında yarış keçirilib

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr arasında peyntbol yarışı keçirilib.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov deyib ki, tələbələr arasında mütəmadi olaraq təşkil olunan bu cür yarışların keçirilməsində məqsəd gənclərin hərbi xidmətə hazırlıq səviyyələrini artırmaq və onların atıcılıq qabiliyyətlərini inkişaf etdirilməsidir.

Sonra İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri şərti döyüş hazırlığı vəziyyətə alaraq mübarizəyə qoşulublar.

Oyundakı mübarizə və qalibiyyət həvəsi gənclərə xoş təsir bağışlayıb. Tələbələr asudə vaxtlarının səmərəli təşkili üçün bu cür yarışın təşkilinə görə TGT-ə minnətdarlıqlarını bildiriblər.