Bakalavr və magistrlərə tələbə kartları paylanılıb

Kartların paylanılmasında rektorun baş müşaviri dosent Asif Cavadov, Biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev,Tələbə Həmkarlar Təşkilatının sədri Pərviz Adıgözəlov və Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov iştirak edib

Əvvəlcə rektorun Baş müşaviri Asif Cavadov iştirakçılara tələbə kartı haqqında məlumat verib. Bildirilib ki, tələbə kartı layihəsi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, ATGTİ və Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) birgə təşkilatçılığı ilə həyata keçirilir. Azərbaycan Tələbə Kartının paylanılması tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır. Bu məqsədlə 2017-ci ilin fevralıdan respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin bütün kurs tələbələrinin Azərbaycan Tələbə Kartı ilə təmin edilməsi üçün sənədlərin qəbuluna başlanılıb.

Asif Cavadov qeyd edib ki, Azərbaycan Tələbə Kartı üçün hər hansı bir təşkilata üzv olmaq və sair kimi zərurətlər yoxdur və bu kart respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs bakalavr və magistr tələbələrinə təqdim edilir.

Vurğulanıb ki, Azərbaycan Tələbə Kartı öz sahibinə Avropanın 37 ölkəsində 80 mindən artıq və Azərbaycanda 400-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirimlər təklif edir.

Sonda tələbələrə kartlar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 16 =