Universitetin futzal komandası tələbələrarası respublika çempionatında ikinci yerə çıxıb

Gəncə Dövlət Universitetinin futzal komandası Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən Futzal üzrə Respublika Çemrionatında ikinci yerə çıxıb.

Bu barədə universitetin Mətbuat və İctimaiyyətlə əlaqələr xidmətinə universitetin İdman Klubunun sədri Xaqani Umudov məlumat verib.

Xaqani Umudov bildirib ki, universitetin komandası çempionatın birinci mərhələsində bütün rəqiblərini məğlub edərək zona üzrə birinci yerə çıxıb və yaraımfinala vəsiqə qazanıb.

Sonra Bakı şəhərində təşkil olunmuş yarımfinal görüşündə qələbə qazanan komanda finala vəsiqəni təmin edib.

Nəhayət, final mərhələsində rəqiblə qarşılaşan komanda  məğlub olaraq Futzal üzrə Respublika Çemrionatında ikinci yerdə qərarlaşıb.