Təhsil nazirliyində universitetlərarası əlaqələr və beynəlxalq fəaliyyət imkanları müzakirə edilib

Təhsil nazirliyində beynəlmiləlləşmə prosesində mövcud vəziyyəti və yeni çağırışları müzakirə etmək, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq fəaliyyəti ilə yaxından tanış olmaq və bu fəaliyyətin nazirliklə daha səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə görüş təşkil olunub.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə GDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak edib.

Qeyd edək ki, tədbirdə Təhsil nazirliyi ilə ali təhsil müəssisələri arasında koordinasiya işi, əcnəbi tələblər üçün yaradılmış təhsil imkanları, beynəlxalq layihə və proqramlarda fəallıq, eləcə də universitetlərin beynəlxalq sərgilərdə iştirakı məsələləri geniş müzakirə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + seven =