Gəncədəki təhsil müəssisələrinin tələbələri birgə layihələr həyata keçirəcək

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Nizami yurdunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (TGT) sədrlərinin və təşkilatların idarə heyəti üzvlərinin birgə iclası keçirilib.

Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecinin sədrlərinin və idarə heyəti üzvlərinin iştirak etdiyi görüşdə gələcəkdə qarşılıqlı faydalı əməkdaşlağın imkanları müzakirə edilib.

Həmçinin şəhərdə fəaliyyət göstərən 6 təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatlarının birgə layihələr həyata keçirməsi haqqında razılığa gəlinib və təklif olunan ilkin ideyalar dinlənilib.

Görüş zamanı ayda bir dəfə olmaqla TGT sədrlərinin görüşlərinin keçirilməsi qərara alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + eleven =