İstehsalat təcrübələrinə hazırlıq başa çatıb

Universitetin Təcrübə və karyera şöbəsinin təşəbbüsü ilə Tədris Metodiki Şuranın və ixtisas kafedralarının “İstehsalat təcrübəsinin təşkili və həyata keçirilməsinin səmərəli yolları” mövzusunda elmi – metodiki seminarı təşkil edilib.

Tədbiri açan Təcrübə və karyera şöbəsinin  müdiri, dosent Mahir Məmmədov istehsalat təcrübələri və onların təşkili barədə ətraflı məlumat verib.

Bildirilib ki, 2014-cü ildə təsdiq olunmuş tədris planlarina əsasən qeyri-təhsil ixtisaslarında  təhsil alan 4-cü kurs tələbələrinin 2018-ci il fevralın 16-dan başlayaraq 14 həftə ərzində istehsalat təcrübələrində iştirakı nəzərdə tutulub. Tələbələr ilk iki həftə ərzində  tədris, sonrakı həftələrdə isə ixtisaslarına uyğun istehsalat təcrübəsində iştirak edəcəklər.

Bu işlərin icra edilməsi üçün tələbələrin təcrübə-təlimat sənədləri ilə tanış olması, təcrübənin məqsədi, vəzifələri, öyrəniləcək  mövzular üzrə  saatların miqdarı və sair haqqında metodiki tapşırıqların verilməsi planlaşdırılıb.

İstehsalat təcrübəsində universitetin qeyri- təhsil ixtisaslarında təhsil alan Tarix, Sosial iş, Kompüter elmləri, Tərcümə, Psixologiya, Biologiya, Ekologiya mühəndisliyi, İqtisadiyyat, Mühasibat uçotu və audit, Dövlət və bələdiyyə idarəetməsi, Menecment, Biznesin idarə edilməsi, Turizm və otelçilik ixtisasları üzrə 4-cü kurs tələbələri iştirak edəcəklər.

Məlumat verilib ki, qeyri – təhsil ixtisasları üzrə istehsalat təcrübələri universitetdə 14 istiqamət üzrə icra olunacaq. Tələbələr təcrübələrini əsasən Gəncə şəhərində fəaliyyət göstərən istehsal və xidmət müəssisələrində keçəcəklər.

Təcrübə dövründə tələbələr universitetin nəqliyyatı ila təmin ediləcəklər. Onlar İsmayıllı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Balakən rayonlarının, həmçinin Gəncə – Qazax bölgəsində yerləşən təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi, arxeoloji, ekoloji yerləri, muzeylər, əlyazmalar fondu ilə yaxından tanış olacaqlar. Bununla da təcrübə dövründə tələbələrin olduqları müxtəlif müəssisələrdə onların bilik və bacarıqları təkmilləşəcək, təcrübələrin bu cür təşkili isə onlarda nəzəri biliklərlə ilə yanaşı istehsalatla bağlı hazırlıqlarında və gələcək karyeralarının inkişafına əhəmiyyətli təsir göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 10 =