İki mindən çox tələbə yazılı imtahanda iştirak edib

Gəncə Dövlət Universitetində qış imtahan sessiyası başlayıb. Universitetin ikinci tədris korpusunda təşkil olunan semestr imtahanlarında bütün fakültələrin 1-ci, 2-ci və 3-cü kurs tələbələri imtahan veriblər.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, yazılı formada verilən imtahanlarda  müvafiq ixtisaslarda təhsil alan 2 mindən çox tələbə iştirak edib.

Tələbələrin biliklərinin aşkarlanması və qiymətləndirilməsi məqsədilə təşkil olunan yazılı imtahanlarda yarana biləcək hər hansı çətinliyin operativ həlli məqsədilə rektor Yusif Yusibov tərəfindən yaradılan müvafiq komissiyalar fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =