Gəncə Dövlət Universitetinin iki əməkdaşı Fransa Respublikasının Akademik Palma ordeni ilə təltif edilib

Gəncə Dövlət Universitetinin (GDU)Fansız dili kafedrasının iki əməkdaşı – Roma Allahverdiyeva və Zemfira Hüseynova  Fransa Respublikasının Akademik Palma ordeni ilə təltif edilib.

GDU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, universitetin hər iki əməkdaşı Fransa Respublikası Baş naziri və Təhsil nazirinin imzası ilə təsdiqlənmiş Akademik Palma ordenini təhsildə Fransa və Azərbaycan dövlətləri arasında dostluq münasibətlərinə verdikləri töhfələrə görə alıblar.

Ordenlər universitetin Elmi Şurasında Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov tərəfindən əməkdaşlara təqdim edilib.