Universitetdə təhsil alan əcnəbi tələbələrin Yeni il tədbiri:“Biz birik, bərabərik, həmrəyik”

Beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Gəncə Dövlət Universitetində (GDU) təhsil alan əcnəbi tələbələrlə “Biz birik, bərabərik, həmrəyik” mövzusunda Yeni il tədbiri keçirilib.

Tədbirdə GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, AHİK-in sədri Afaq Qasımova, İnnovasiyalar departamentinin direktoru Vasif  Həsənov, Beynəlxalq əlaqələr şöbəsi müdiri Ruslan Məmmədov, baş metodist Farizə İsmayılzadə, YAP Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl İsmayılov, GDU-nın YAP sədri Cavid Bağırzadə və əcnəbi tələbələr iştirak ediblər.

Tədbiri açan Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə 31 dekabrın dünya azərbaycanlıları üçün vacib gün olmasını xüsusi olduğunu bildirdi.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyi yolunda gördüyü işlərdən tədbir iştirakçılarına ətraflı məlumat verməklə yanaşı, bu günün Azərbaycan xalqının birliyi və bərabərliyi üçün xüsusi bir gün olmasını qeyd etdi.

Universitetin AHİK sədri Afaq Qasımova da bayram təbriklərinə qoşularaq tələbələrimizə öz təhsillərində uğurlar arzuladı.

Daha sonra İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, GDU-nun YAP sədri Cavid Bağırzadə Beynəlxalq əlaqələr şöbəsinin müdir iRuslan Məmmədov, baş metodist Farizə İsmayılzadə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə çıxışlar edərək,  tədbir iştirakçılarını təbrik ediblər.

YAP Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl İsmayılov “Beynəlxalq humanitar əməkdaşlığın yeri və rolu” mövzusunda çıxış edib.

Tədbirdə öz təhsillərində və universitetin ictimai işlərində fərqləndiklərinə görə bir qrup əcnəbi tələbyə “Fəxri Fərman” təqdim olunub.

Sonda universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələblərinin vətənpərvərlik mövzusunda ifa etdikləri mahnı töhvəsi tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =