“Dövlət Qulluğuna Hazırlıq” proqramı çərçivəsində ödənşsiz kurslara başlanılacaq

Gəncə Dövlət Universiteti tələbələri üçün “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənşsiz kursların qeydiyyatına yenidən start verir.

Əziz tələbələr, əgər siz dövlət qulluqçusu olmaq, gələcək karyeranızı dövlət strukturu orqanlarında qurmaq istəyirsinizsə universitetimizin sizin üçün yaratdığı bu imkandan yararlana bilərsiniz.

2 ay müddətində davam edəcək kurslar, Dövlət İmtaham Mərkəzi tərəfindən təsdiq olunmuş istiqmətlər üzrə; Qanunvericilik, İnformasiya texnologiyaları və Məntiqi düşünmə qabiliyyəti üzrə aparılacaq.

Kursun sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət imtahan Mərkəzinin beşinci təsnifata uyğun olan vakant vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqənin test imatahan mərhələsində asanlıqla iştirak edə biləcəksiniz.

Kurs Dövlət Qulluğu orqanlarında çalışan, professional təcrübəyə malik müəllimlər tərəfindən aparılacaq.

Diqqət!,Son qeydiyyat tarixi 31 yanvar 2018-ci il saat 17:00.

Qeydiyat üçün Gəncə Dövlet Universiteti Tələbə Gənclər Təşkilatinin otağına müraciət edə bilərsiniz.

Yerlər məhdud olacaq. Qeydiyyata tələsin.

Əziz tələbələr Universitet rəhbərliyi sizə gələcək karyeranızda uğurlar azru edir!

Ünvan : Heydər Əliyev Prospekti 429.
Telefon : (050) 782-93-96

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =