Təcrübə keçəcək magistrlər təlimatlandırılıb

Gəncə Dövlət Universitetinin Magistratura şöbəsində təhsil alan ikinci kurs tələbələri pedaqoji və elmi-tədqiqat təcrübələrinin həyata keçirilməsi ilə bağlı maarifləndiriliblər.

Görüşdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, magistratura şöbəsinin müdiri, dosent EminYaqubov, ixtisas kafedralarının müdirləri və metodist müəllimlər iştirak ediblər.

Bildirilib ki, universitetin rektoru professor Yusif Yusibovun əmri və mövcud tədris planlarına əsasən ikinci kursda təhsil alan magistrlər 2018-ci il fevralın 16-dan başlayaraq 2 ay müddətində pedaqoji və elmi-tədqiqat təcrübəsində iştirak edəcəklər.

Qeyd edilib ki, Magistrlər təcrübə müddətində ixtisaslarına uyğun olaraq universitetin auditoriyalarında mühazirə, seminar və laboratoriya dərsləri tədris edəcəklər. Eyni zamanda, elmi-tədqiqat təcrübəsi müddətində dissertasiyaları ilə bağlı işlərin aparılması ilə əlaqədar rəhbərlərin tapşırıqlarını yerinə yetirəcəklər.

Sonra tələbələrə Təcrübə və karyera şöbəsi tərəfindən metodiki xarakterli məlumat kitabçaları və pedaqoji, elmi-tədqiqat təcrübəsinə aid təlimat sənədləri paylanılıb

Sonda magistrləri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − five =