Rektor İtalyalı alimlərlə görüşüb

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov İtaliya Respublikasının Ka Foskari Venesiya Universitetinin alimləri ilə görüşüb

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, italiyalı mütəxəssilər – Ka Foskari Venesiya Universitetində İTALS Dil laboratoriyasının müdiri professor, professor Qraziano Serragiotto və italyan dili üzrə mütəxəssis, professor Cüzeppe Maugeri fevralın 1-dən Gəncə Dövlət Universitetində italyan dilinin tədrisinə başlayıblar.

Rektor Yusif Yusifov italiyalı alimlərə Gəncə Dövlət Universiteti və bu ali təhsil müəssisəsinin beynəlxalq əlaəqələri haqqında məlumat verib. Bildirilib ki, beynəlxalq əlaqələrinin coğrafiyasını ildən –ilə genişləndirən universitetin həm də İtaliyanın Ka Foskari Venesiya universiteti ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan geniş əlaqaqələri mövcuddur.

Daha sonra Ka Foskari Venesiya Universitetində İTALS Dil laboratoriyasının müdiri professor Qraziano Serragiotto çıxış edərək Gəncə Dövlət Universitetində keçirdiyi ilk günlərinin təəssüratını bölüşüb. Yaradılmış şəraitdən razı qaldığını bildirib.

Sonda hər iki universitet arasında elm və təhsil əlaqələrinin daha da genişləndirilməsi, həmçinin yeni layihələr üzərində birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, fevralın 18-də yekunlaşacaq iki həftəlik intensiv kursdan sonra keçiriləcək imtahanda uğur qazanan əməkdaşlar Ka Foskari Venesiya Universitetində yenidən bir və ya iki həftəlik kurslarda iştirak edə biləcəklər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 5 =