“Mövlana Mübadilə Proqramı”na sənəd qəbulu davam edir

Без названия

 “Mövlanə Mübadilə Proqramı” Türkiyə Ali Təhsil Qurumu (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) tərəfindən yaradılan və Türkiyə Respublikasının maliyyələşdirdiyi proqramdır. Proqramın məqsədi Türkiyə ali təhsil müəssisələri ilə bölgə və dünya ölkələrinin ali təhsil ocaqları arasında tələbə və akademik mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.

Proqramda iştirak etmək istəyən müəllim və tələbələr məqalədə qeyd olunan sənədləri 25 fevral 2018-ci il 17:00-a qədər hazırlayıb aidiyyatı üzrə elektron poçt (ird@gsu.az) vasitəsi ilə göndərməlidirlər.

Gəncə Dövlət Universiteti Türkiyə Cümhuriyyətində müqaviləsi olan ali təhil müəssisələri ilə razılığa əsasən tələbələr bir və ya iki semestr müddətində təhsil ala bilərlər. Akademik heyət isə bir həftədən üç ayadək tərəfdaş universitetlərdə tədris prosesində iştirak edərək mühazirə oxuya və müxtəlif birgə tədqiqatlara qoşula bilərlər. Proqramda iştirak etmək üçün bakalavr pilləsində təhsil alan tələbələrin dörd ballıq GPA (Orta qiymət) sistem üzrə orta balı 2.5, magistratura və doktorantura səviyyələrində təhsil alanların isə dörd ballıq GPA (Orta qiymət) sistem üzrə orta balı ən az 3.00 olmalıdır. Hazırlıq və bakalavr pillələrinin birinci ilində təhsil alan tələbələr ilə elmi hazırlıq mərhələsində olan magistr və doktorantlar əsas təhsilə başladıqları birinci semestr üçün bu proqramdan faydalana bilməzlər.

Tələbələr təhsil aldıqları ali təhsil müəssisələrinə borclu olduqları təhsil haqqlarını ödəyir. Mübadilə proqramı çərçivəsində gedecəyi ali təhsil müəssisəsinə isə heç bir təhsil haqqı ödəmirlər. Mövlanə Mübadilə Proqramı çərçivəsində ölkə xaricində təhsil alan tələbənin aldığı dərslər Təhsil Protokolunda dərslərin uyğunluğu açıqca göstərildiyindən tələbə vətənə döndüyündə il itkisinə məruz qalmır.

Əlavə suallarınız yaranarsa Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz. Beynəlxalq əlaqələr şöbəsi Universitetin əsas tədris binasınında üçüncü mərtəbəsində yerləşir.

Tələb olunan sənədlər (tələbələr üçün):
1. Aday öyrenci başvuru formu

2. Öyrenci başvuru formu

Tələb olunan sənədlər (akademik heyət üçün):
1. Öğretim Elemanı Katılım Belgesi 

2. Öğretim Elemanı Hareketlilik Programı   

Son müraciət tarixi: 25 fevral 2018; saat 17:00-dək.
Daha ərtaflı aşağıdakı keçiddə məlumat əldə edə bilərsiniz:

http://www.yok.gov.tr/web/mevlana/belgeler

“Mövlana Mübadilə Proqramı” haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən ala bilərsiniz:

Keçid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =