Elmi şuranın iclası

Martın 5-də Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbiri açan rektor Yusif Yusibov 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barəsində danışıb.

Əvvəlcə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Fəxrəddin Məmmədovun 2017-2018-ci tədris ilinin payız imtahan sessiyasının yekunları və qarşıda duran məsəsələrə dair hesabatı dinlənilib.

Sonra Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov bu tədris ilində magistratura xətti ilə aparılan elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edib.

Daha sonra Tələbə Elmi Cəmiyyətiniun sədri Sahil İbrahimli görülmüş işlərlə bağlı hesabatını təqdim edib.

Gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Sonda ötən ilin yekunlarına görə tədrisdə fərqlənən universitetin Azad Həmkarlar ittifaqı Komitəsinin sədri Afaq Qasımovaya “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 5 nəfərə isə fəlsəfə doktoru elmi dərəcəsinin təsdiq edildiyi alimlik diplomları təqdim edilib. Həmçinin Elmi şuranın qərarı ilə universitetin bir nəfər əməkdaşı “Fəxri professor” adına layiq görülüb.

Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.