Novruz sovqatı: Hər evdə bayram olsun

Bu günlərdə Gəncə Dövlət Universitetin Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) “Novruz sovqatı: Hər evdə bayram olsun” adlı xeyirxah təşəbbüslə çıxış edib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, AHİK tərəfindən ali təhsil müəssisəsinin sosial qayğıya daha çox ehtiyacı olan 300 nəfərdən artıq əməkdaşına “Novruz sovqatı” paylanılıb.

Universitetin AHİK sədri Afaq Qasımova bildirib ki, komitə əməkdaşlarla daim əlaqə saxlayır, hər kəsin problemi ilə yaxından maraqlanır və sosial qayğıya ehtiyac hiss edən əməkdaşlar üçün mövcud imkanlarından istifadə edir.

Sonra “Novruz sovaqatı” siyahı üzrə ünvanlara çatdırılıb.Universitetin əməkdaşları əziz  bayram günündə onları yad etdiyi üçün rektor, professor Yusif Yusibova və Komitənin sədri Afaq Qasımovaya təşəkkürlərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three − two =