Səməni saxla məni, ildə göyərdərəm səni

Gəncə Dövlət Universitetində Biologiya-kimya fakültəsinin təşəbbüsü ilə tələbələrin əl işlərindən ibarət  Novruz bayramının atributlarını özündə əks etdirən “Səməni” müsabiqəsi təşkil edilib.

Müsabiqədə universitetin rektoru professor Yusif Yusibov, rektorun baş müşaviri, dosent Asif Cavadov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, fakültənin dekanı İsfəndiyar Alverdiyev, fakültənin kafedra müdirləri və müəllimlər iştirak ediblər. Tələbələr tərəfindən müsabiqəyə təqdim olunan əl işləri hər kəs tərəfindən maraqla qarşılanıb.

Rektor Yusif Yusibov bildirib ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Sonda müsabiqədə iştirak edən tələblərin əl işləri səsvermə yolu ilə seçilib və qaliblər mükafatlandırılıb.