Gəncə Dövlət Universitetində Müəllim günü qeyd edildi.

mg1

Oktyabrın 3-də Gəncə Dövlət Universitetində 5 oktyabr Beynəlxalq Müəllim gününə həsr olunmuş tədbir keçirildi. Professor-müəllim, tədris-köməkçi, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor Asif Cavadov müqəddəs peşə sahiblərini qarşıdan gələn Müəllim günü münasibətilə təbrik etdi.

Tədbir iştirakçılarına müəllim günü münasibəti ilə xoş arzularını bildirən universitetin rektoru, professor Yusif Yusibov 5 oktyabr tarixinin həyatımızın əlamətdar günlərindən biri olduğunu, cəmiyyətin formalaşmasında fədakarlıqla çalışan müəllimlərimizin peşə bayramını ənənəvi olaraq hər il respublikamızda təntənə ilə qeyd olunduğunu bildirdi. Müəllim əməyinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini və bu qayğının bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasından bəhs edən rektor dedi:

– Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə daim hörmətlə yanaşmış, onların maddi rifahının yaxşılaşdırılması üçün qayğı göstərmişdir. Ulu öndər deyirdi: «Bizim hər birimizin qəlbində müəllimlərimizin hərarəti yaşayır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram».

Respublikamızda yenidən inşa olunan saysız-hesabsız orta məktəblərin, ali təhsil ocaqlarının istifadəyə verilməsi dövlətimizin təhsilə olan yüksək qiymətinin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən aparılan təhsil islahatı Milli təhsilimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Universitet AHİK-in sədri Afaq Qasımova çıxış edərək universitet kollektivini Müəllim günü münasibətilə təbrik etdi və 21 nəfər qabaqcıl müəllimə AHİK-in pul mükafatını, 4 müəllimə isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanını təqdim etdi.

Sonra universitet rektorluğu tərəfindən 28 nəfər müəllim Fəxri fərmanla, 31 müəllim isə «Təşəkkür»lə təltif olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =