Əməkdaşlarımızın Erasmus+ PETRA layihəsi çərçivəsində Vyana Tətbiqi Elmlər Universitetinə səfəri uğurla yekunlaşdı

Avropa Komissiyasının Erasmus+ proqramına əsasən PETRA “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” layihəsi çərçivəsində 05-09 mart 2018-ci il tarixlərində Avstriya Respublikasının Vyana şəhərində yerləşən Vyana Tətbiqi Elmlər Universitetində beynəlxalq təlim keçirildi. Təlimin təşkili layihənin iş paketinə uyğun olaraq təlim və təhsildə innovativ metodlarla tədrisin təşkili, doktorantura proqramı, dotorantura üzrə yeniliklərin tətbiqinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqi nəzərdə tutulub.

Beynəlxalq təlimdə universitetin əməkdaşları Vasif Həsənov (İnnovasiyalar departamentinin derektoru), Ruslan Məmmədov (Beynəlxalq əlaqələr şöbəsinin müdiri) və Razim Əliyev (İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri) təmsil etdilər. Səfər müddəti əməkdaşlarımız Vyana Tətbiqi Elmlər Universitetində tədris və təlimin tətbiqini haqqında  təqdimatlar dinlədilər.

Vyana səfərinə Gəncə Dövlət Universitetindən əlavə Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları da iştirak edirdi. Vyana səfərində yerli tərəfdaşlarla birgə Avropalı tərəfdaşları layihənin koordinatoru Valensiya Politexnik Universiteti (İspaniya), Debrecen Univeristeti (Macarıstan) və Jivaskula Universitetinin (Finlandiya) əməkdaşları təlimdə iştirak edirdi.

Qeyd etmək lazımdır ki, seminar keçirilən müddətdə Valensiya Politexnik Universitetinin təmsilçisi, layihənin koordinatoru Xavier Orozço layihənin gedişatında nəzərdə tutulan fəaliyyət və maliyyə sənədləşməsi ilə bağlı görüş keçirdi. Görüş və müzakirələrdə əməkdaşlarımız aktivliyi ilə seçiliblər.