Azərbaycan Tələbə kartının qeydiyyatına start verilib

Gəncə Dövlət Universitetində aprelin 23-dən Azərbaycan Tələbə Kartının qeydiyyatına start verilib.

Layihə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Tələbə Kartı sahibinə Avropanın 37 ölkəsində aşağıdakı istiqamətlər üzrə 80 mindən artıq, ölkəmizdə isə 300-dən artıq obyektlərdə 5 faizdən-55 faizədək endirimlər təklif edilir:

-səyahət zamanı: otellər və hostellər, ekskursiyalar və turlar
-mağazalar: kitab, idman, paltar və digər
-iaşə obyektləri: restoranlar və kafelər
-xidmətlər: sığorta, abunə servisi, bələdçi

Tələbə kartına sahib olmaq istəyən gənclər Gəncə Dövlət Universitetinin əsas tədris binasında yerləşən Gənclər Otağına müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =