Sinema Klub fəaliyyətə başlayıb.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini daim diqqət mərkəzində saxlayır, müxtəlif məzmunlu tədbirlərin, layihələrin işlənib hazırlanmasına və reallaşmasına səy göstərir. Onlardan biri də “GDU Sinema club”un yaradılmasıdır.
Universitetin rektoru professor Yusif Yusibovun qayğısı nəticəsində 13 dekabr 2014-cü il tarixdə tələbələrin maraqla gözlədikləri “GDU Sinema club” artıq öz fəaliyyətinə start verdi. Tələbələrimizin iştirakı ilə Universitetdə klubun açılış mərasimi keçirildi. Eyni zamanda ilk film də nümayiş etdirildi.
Fransa istehsalı olan, Olivier Nakace və Eric Toledanonun ssenarisi əsasında, özlərinin də rejissorluq etdikləri “İntouchables” adlı film tələbələrimiz tərəfindən maraqla qarşılandı. Baş rollarda məşhur aktyorlardan François Cluzet və Omar Sy oynayırdı. Onu da qeyd edək ki, 9.500.000 dollar büdcəsi olan film təqdim edildiyi gündən 3 həftə sonra ən çox izlənmə rekordu qazanan Fransa filmdir.
Tələbə Gənclər Təşkilatı nəzrdə tutub ki, hər həftənin şənbə günləri, saat 11:30 da Gəncə Dövlət Universitetinin II tədris korpusunda “GDU Sinema Klub” ən məzmunlu filmləri nümayiş etdirəcəkdir.

10847826_1496546497293809_7618768483971913731_n

1016263_1496546483960477_752010345378623130_n

10849918_1496548653960260_1352756578965805859_n