Gəncə Dövlət Universitetində Tələbə Ombudsman Mərkəzi fəaliyyətə başlayıb

Gəncə Dövlət Universitetində Tələbə Ombudsman Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin açılışında rektorun müşaviri Asif Cavadov, Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, həmçinin universitetin digər rəhbər şəxsləri və tələbələr iştirak ediblər.

Bildirilib ki, Tələbə Ombudsman Mərkəzi Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə AESOP layihəsi çərçivəsində fəaliyyətə başlayıb.

Layihənin daha yaxından mənimsənilməsi və Gəncə Dövlət Universitetində tətbiqi məqsədilə ötən il ali təhsil müəssisəsinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnformasiya Kommunikasiya şöbəsinin müdiri Asif Həsənov Xəzər Universitetində keçirilən tədbirdə iştirak ediblər.

Böyük Britaniya, Finlandiya və Polşalı ekspertərin, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyadan olan nümayəndələrin də iştirak etdiyi həmin təlimdə universitetlərdə Ombudusman ofisinin funksiya və strukturu nəzəri və praktik cəhətdən daha yaxından öyrənilib.

Bu ilin əvvəlindən isə universitetin rektoru, professor Yusif Yusibovun dəstək olduğu layihənin Gəncə Dövlət Universitetində tətbiqiənə başlanılıb.

Bunun üçün İnnovasiyalar departamentində Tələbə Ombudsman Mərkəzinə ofis ayrılıb və mərkəz müvafiq avadanlıqlarla təmin edilib.

Tələbə Ombudsman Mərkəzinin fəaliyyətə başlamasını Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə böyük töhfə olduğunu deyən Tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov bildirib ki, bu mərkəz tələbələrin şikayətlərinin dinlənilməsi, müraciətlərə baxılması, eləcə də fakültə və universitet rəhbərliyi qarşısında  problemlərin qaldırılması və onların həlli istiqamətində mühüm işlər görəcək.

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə Tələbə Ombudsman Mərkəzinin fəaliyyətə başlamasını universitetdəki tədris prosesində və semestr imtahanlarında şəffaflığın təminində müham amil olacağını deyib.

Sonra universitet Elmi Şurasının müvafiq qərarı ilə vəzifəyə təyin edilmiş ilk Ombudsman kollektivə təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − eight =