Azərbaycanda elmi tədqiqatçıların Avropa Tədqiqat Layihələrində iştirakı üçün mövcud olan imkanlar

Tədbir Avropa Komissiyasının Erasmus+ proqramının PETRA layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdə universitet əməkdaşlarına Avropada mövcud olan aktual tədqiqat imkanları haqqında məlumat verilmişdir.

Giriş sözü ilə çıxış edən İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirakçıları salamladıqdan sonra tədbirin məqsədi haqqında ətraflı məlumat vermişdir. Daha sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin rəhbəri, HORIZON 2020 proqramının Qanunvericilik və Maliyyə aspekti üzrə Milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020) Tofiq Babayev HORIZON 2020 mövzusunda təlimə başladı. Təlimdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti ilə bərabər gənc doktorant və magistrantlar iştirak edirdilər. Tofiq Babayev öz çıxışında Avropa Komissiyasının elmi tədqiqat və innovasiya çərçivə proqramı haqqında, o cümlədən: AB-nin Çərçivə Proqramlarının tarixı, Avropa 2020 Yeni strategiyası və HORIZON 2020 Çərçivə proqramı barədə geniş məlumat verdi.

Eyni zamanda dinləyicilər HORIZON 2020-də Kimlər və necə iştirak edə bilər?,    Azərbaycan təşkilatlarının H2020-də iştirakı və gələcək imkanlar, HORIZON 2020-nin 2018–2020-ci illər üçün İş Proqramı ilə yaxından tanış oldular. Təlimin sonunda iştirakçıların suallarına ətraflı cavab verilmiş və onlara HORIZON 2020-yə aid materiallar paylanmışdır. Təlim zamanı xüsusi olaraq HORIZON 2020-nin 2018-2020-ci illər üzrə işçi proqramı müsabiqəsində iştirak etmək ilə əlaqədar alimlərə yeni tövsiyələr verildi.

Təlimin sonunda Gəncə Dövlət Universitetinin HORIZON 2020 proqramına tərəfdaş olaraq qoşulmasına və universitetdə HORIZON 2020 mədəniyyətinin formalaşmasında verdiyi dəstəyə görə Tofiq Babayevə İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov tərəfindən universitet rektoru professor Yusif Yusibovun imzaladığı “TƏŞƏKKÜRNAMƏ” təqdim edildi. Qonaqlar iştirakçılar ilə birlikdə xatirə şəkli çəkdirdikdən sonra tədbir yekunlaşdırıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =