Yaz Məktəbinin iştirakşısı olan tələbə-gənclər təltif edilib

Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan Tələbələrin 2-ci Könüllülük Yaz Məktəbi” iştirakçıları təltif edilib.

Gənclər evində keçirilən tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov layihənin iştirakçısı olan tələbələr və ictimai fəallar iştirak ediblər.

Tədbiri açan universit TGT-nin sədri Orxan Məmmədov layihə çərçivəsində görülmüş işlərdən danışıb.

Elm və innovasiyalar üzrə prorektor,Milli Məclisin deputatı Pərvin xanım Kərimzadə çıxış edərək bu vaxta qədər Gəncə Dövlət Universitetində gənclərin hərtərəfli, xüsusən intellektual  inkişafı istiqamətində icra olunmuş layihələrdən əhəmiyyətini qeyd edib.

Bildirilib ki, bu vaxta qədər gəncləri yalnız universitetdə icra olunmuş layihələrin deyil, həm də Gəncədə həyata keçirilmiş çoxsaylı yerli və beynəlxalq layihələrin fəal iştirakçısı olublar. Bu cür layihələr gənclərin sosial fəallığını artırıb, onların kütləvi tədbirlərdə praktiki olaraq bilik və bacarıqlarının yüksəlməsinə müsbət təsir göstərib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin sədri Yüksəl Məmmədov çıxış edərək ölkədə gənclərə yaradılan şərait,kKönüllülük məktəblərinin əhəmiyyətindən bəhs edib.

Sonda layihənin iştirakçısı olmuş tələbə gənclərə Sertifikatlar təqdim olunub.