Universitet əməkdaşları beynəlxalq elmi konfransda təmsil olunublar

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları Bakı Dövlət Universiteti ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkil etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti – 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda Beynəlxalq elmi konfransda iştirak ediblər.

ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Kuveyt, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 70-dək elm adamının qatıldığı üçgünlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Rektor, akademik Abel Məhərrəmov çıxış edərək, konfransın müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olması ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib.

Rektor  qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verib, həmin dövrün Azərbaycan tarixinin parlaq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğu fikrini səsləndirib.

Konfransın bölmə iclaslarında 30-a yaxın ölkədən gəlmiş iştirakçılar tərəfindən 300-dən artıq elmi məruzə dinlənilib.

Konfransda Gəncə Dövlət Universitetinini təmsil edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dörd əməkdaşı: dosent Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktorları – Səba Namazova, Yeganə Hüseynova və baş müəllim Könül Məmmədova məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 5 =