Tələbələrə beynəlxalq təcrübədən yararlanma imkanları öyrədilir

Avropa Komissiyasının maliyyələşdirdiyi  “Erasmus+ PETRA” (Azərbaycan Universitetlərində Öyrənmə və Təlimin Təkmilləşdirilməsi)  layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində təlimlərə başlanılıb.

Universitetin İnnovasiyalar departamentində keçirilən təlimdə əməkdaşlar – Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirakçılara ali təhsil müəssisəsində icra olunan yeni layihə haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, bu layihənin koordinatoru İspaniya Krallığının Valensiya Politexnik Universitetidir. Təlimlərinin təşkilində məqsəd isə layihənin iş paketinə uyğun olaraq təlim və təhsildə innovativ metodlarla tədrisin təşkili, doktorantura proqramı, tədqiqat imkanları, doktorantura üzrə yeniliklərin tətbiqinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqidir.

Sonra təhsil imkanları və yeni yaranmaqda olan tədqiqat sahələri mövzusunda müzakirələr aparılıb.

Tələbələrin fəallığı ilə seçilən təlimdə öyrənilən beynəlxalq təcrübə, yeni öyrənmə metodları və yeni imkanlar onların marağına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =