BİOLOGİYA-KİMYA FAKÜLTƏSİNİN SINAQ DƏRSİNDƏN XƏBƏRLƏR

18 dekabr 2014-cü il tarixdə Biologiya-kimya fakültəsinin kimya müəllimliyi ixtisasının IV kurs tələbəsi Xudiyeva Nuranə Rauf qızının Mir Cəlal adına 39 saylı orta məktəbdə 9-cu sinfində kimya fənnindən “Qələvi metallar” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə tədris işləri üzrə prorektor, dosent Fəxrəddin Məmmədov, təcrübə və işlə təminata kömək  şöbəsinin müdiri, dosent Mahir Məmmədov, fakültənin dekanı, dosent İsfəndiyar Alverdiyev, kimya kafedrasının müəllimləri, dosent Murad Vəliyev, dosent Nazim Ələkbərov, dosent Sahil İbrahimli, baş müəllim Firdus Alverdiyeva, fənn müəllimi, məktəbin direktor müavini və təcrübəçi tələbələr iştirak etdilər.
Biologiya-kimya fakültəsinin kimya-biologiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Samirə Abbasovanın Nəriman Nərimanov adına 25 saylı tam orta məktəbin IX sinfində Anatomiya fənnindən “Qan və linfa dövranı” mövzusunda sınaq dərsi keçirilmişdir.
Sınaq dərsində təcrübə və işlə təminata kömək şöbəsinin müdiri Mahir Məmmədov, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri dosent Vəfa Məmmədova, üsul müəllimi Seymura Məmmədova, Biologiya- kimya kafedrasının baş müəllimi Aygün Zeynalova, məktəbin direktoru Səmadil Əliyeva, fənn müəllimi Ülviyyə Məhərrəmova iştirak etmişdir.
Samirə Abbasova “Ağıllı lövhə”dən istifadə etməklə   sınaq dərsində bilik və bacarığını müasir tələblərə uyğun şəkildə nümayiş etdirə bilmişdir. Dərsin geniş müzakirəsi keçirilmiş, müsbət cəhətləri qeyd olunmuş, tövsiyyələr edilmişdir.