GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI VYANADA SƏFƏRDƏ OLUBLAR

Gəncə Dövlət Universitetinin əməkdaşları  Vyanada “Erasmus+” proqramı çərçivəsində “Tələbələr üçün Ombudsman xidmətinin yaradılması” (AESOP) layihəsi ilə bağlı keçirilən tədbirdə iştirak ediblər.

Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin nəzdində fəaliyyət göstərən Tələbə Ombudsman Ofisində keçirilmiş görüşdə Gəncə Dövlət Universitetini Tələbə Ombudsman Mərkəzinin rəhbəri Rəşad İsgəndərov və  İnnovasiyalar Departamentinin əməkdaşı Asif Həsənov təmsil ediblər.

Layihənin tərəfdaşı olan GDU ilə yanaşı, digər benefisiar tərəfdaşlar (o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi və respublikamızın dörd ali təhsil müəssisəsi) Avstriyanın təcrübəsi ilə tanış olmaq üçün bu tədbirdə iştirak ediblər.

Tədbirdə ali təhsil müəssisələri yaratdıqları ombudsman mərkəzləri, layihə çərçivəsində həyata keçirdikləri işlər, fəaliyyətləri dövründə yaranan problemlər barədə məlumat veriblər.

Bildirilib ki, layihə çərçivəsində cari ilin əvvəllində Gəncə Dövlət Universitetində , Xəzər Universitetində, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Universitetində tələbələr üçün Ombudsman Mərkəzi yaradılıb. Həmin mərkəzlərin yaradılmasında məqsəd tələbələrin akademik mühitdə yarana biləcək çətinliklərinin aradan qaldırılması üçün çıxış yollarının göstərilməsi, bu sahədəki qanunvericiliklə bağlı tələbələrin məlumatlandırılması, onların hüquq və vəzifələrinin izah edilməsi, həmçinin təbliğat işlərinin aparılması və tələbələrin hüquqlarının müdafiəsidir.

Görüşdə layihə ilə bağlı gələcək addımlar müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb və tövsiyələr verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 14 =