GƏNC ALİMLƏRİN III BEYNƏLXALQ ELMİ KONFRANSI

GƏNC ALİMLƏRİN  III  BEYNƏLXALQ ELMİ KONFRANSI

Gəncə Dövlət Universiteti

 17-18 Oktyabr 2018-ci il tarixində keçiriləcək “Gənc alimlərin III Beynəlxalq Elmi Konfransı ” – nın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Konfransın mövzuları

Bölmə I:

  • İqtisadiyyat
  • İdarəetmə
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Mühasibat uçotu və audit
  • Beynəlxalq münasibətlər, tarix və siyasi elmlər

Bölmə II:

  • Dəqiq və təbiət elmləri
  • İnformasiya və kommunikasiya texnologiyaları
  • Fizika
  • Kİmya

Bölmə III:

  • Filologiya
  • Tərcüməşünaslığın müasir problemləri
  • Pedaqogika

Konfransda iştirak etmək arzusunda olanlar, elmi məqalələrinin tezislərini 04 sentyabr 2018-ci ilə qədər konfransa elektron poçt vasitəsilə göndərməlidir. Məqalə 3 səhifə həcmində olmalıdır.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 04 sentyabr 2018-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail:  elm@gdu.edu.az

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Xülasə: ingilis dilində.
  3. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az, tel:  (+99422) 256 33 58

Konfransda 40 yaşına qədər olan gənc alimlər iştirak edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 5 =