Gəncə Dövlət Universitetində imtahan

Dörd ildən çoxdur ki, alman dili kafedrası Almaniya Xarici İşlər Nazirliyinin Almaniya dövlət universitetləri ilə birgə yaratdığı  Alman Akademik Mübadilə Xidməti təşkilatı ilə əməkdaşlıq edir. Keçən müddət ərzində Universitetimizin xeyli sayda tələbələri Almaniyanın müxtəlif universitetlərində yay kurslarında olmuş, magistr təhsillərini davam etdirmişlər. Dünyada ən yüksək təqaüd verən bu təşkilatın məqsədi Almaniya universitetləri ilə  dünya ölkələrinin ali məktəb əməkdaşlarının,  elmi tədqiqatçıların mübadiləsini həyata keçirmək və alman dilini yaymaqdır.
19 dekabr 2014-cü il tarixdə Almaniya dövlət universitetlərində növbəti yay kursları keçmək üçün Akademik Mübadilə Xidməti təşkilatı Gəncə Dövlət Universitetində növbəti seçim mərhələsinə başlamışdır. İki mərhələdən ibarət olan bu seçimin biricnci mərhələsində  təşkilatın dil assistenti Kristina Nuzgerin, məsləhətçi Ləman Qurbanovanın və Gəncə Dövlət Universitetinin alman dili kafedrasının müdiri Vüsalə  Kərimovanın nəzarəti altında  10 nəfər tələbə iştirak etmişdir. İmtahana qoşulan tələbələr Gəncə Dövlət Universiteti ilə yanaşı Azərbaycan Texnologiya Universitetini və Azərbaycan Dövlət Aqrar Universitetini də təmsil edirlər.