Kimsəsiz uşaqlara Yeni il hədiyyəsi

21 dekabr 2014-cü il tarixdə  Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Biologiya- kimya fakültəsinin birgə həyata keçirdiyi “ Biz və Onlar “ adlı xeyriyyəçiliyi özündə əks etdirən lahiyənin yekunlaşdırdı. Belə ki, müəllim və tələbələrin  iştirak etdikləri  xeyriyyə konsertindən əldə olunan vəsaitin hamısı yalnız  Uşaqlar evinini ziyarət etməyə sərf olundu. Bu vəsaitlə alınan  şirniyyat, oyuncaq, dərman və paltarlar körpə uşaqlara çatdırıldı.
Biologiya-kimya fakültəsinin dekanı Alverdiyev İsfəndiyar, dekan müavini Zilxumar İsmayılova və tələbələrin apardıqları hədiyyələr kimsəsiz uşaqların  hədsiz sevincinə səbəb oldu. Bayram öncəsi iki saatlıq görüşdə tələbələr uşaqlarla söhbət edib, rəqs etdilər, az da olsa onların kimsəsizliyini unutdura bildilər.