“MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA PRAKTİK KONFRANS

22 dekabr 2014-cü il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin QNT və KİV–lə iş sektorunun təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilmişdir. Konfransa ali məktəblərin mətbuat xidməti rəhbərləri, təhsil ekspertləri, media kapitanları, media nümayəndələri dəvət olunmuşdular.”PR texnologiyalar” mövzusuna həsr ediilmiş  birinci hissə Azərbaycan Respublikasının Rpezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirildi.  Konfransı giriş sözü ilə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QNT və KİV–lə iş sektorunun müdiri Cəsarət Valehov açaraq, xitabət kürsüsünə salamlama nitqi üçün   Azərbaycan Respublikasının Rpezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovu dəvət etdi.
Təhsil Nazirliyinin İnformasiya  şöbəsinin QNT və KİV–lə iş sektorunun baş məsləhətçisi Billurə Hacızadənin təqdimatı ilə Təhsil Nazirliyinin QNT və KİV–lə iş sektorunun müdiri Cəsarət Valehovun “Press-relizlərin hazırlanması və yayılması”, Təhsil Nazirliyinin veb-masteri  Mehman Şəfaqətov “Universitet saytları: hörümçək torunda hardasınız?”, Təhsil Nazirliyinin İnformasiya  şöbəsinin QNT və KİV–lə iş sektorunun milli  məsləhətçisi Bəşarət Məmmədovun  təqdimatı ilə ATV telekanalının vitse-prezidenti Məqsəd Nurun “Televiziyanın təhsil gözlüyü” mözusundakı çıxışları olduqca maraqla qarşılandı. Birinci hissənin sonunda ali təhsil müəssisələrinin media ilə fəal əməkdaşlıq edən mətbuat xadimləri Nazirlik tərəfindən təltif olundular.
İkinci hissə Bakı Ali Neft Məktəbində davam etdirildi. Məktəbin rektoru  Elmar Qasımov iştirakçılara rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında geniş məlumat verərək, müasir mediaya öz münasibətini bildirdi. Təhsil Nazirliyinin İnformasiya  şöbəsinin QNT və KİV–lə iş sektorunun mütəxəssisi Samir Paşayevin təadimatı ilə Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın “Sosial media “mediadırmı?”, ”APA Holdinq”in  prezidenti Vüsalə Mahirqızının “Onlayn mediada nə üstündür-tezbazar, yoxsa…” mövzuları da müasirlik baxımından diqqətiu cəlb etdi.
Mövzularla bağlı verilən suallar və müzakirələr praktik konfransın əhəmiyyətini bir daha nəzərə çatdırdı.
Sonda  “jurnalistikanın canlı əfsanəsi” adlandırılan Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 90 illik yubileyinin təbriki konfransa xüsusi gözəllik verdi.
Konfransın keçirilməsi üçün hər iki təhsil ocağının yaratdığı şərait, göstərilən qayğı və doğmalıq bütün iştirakçıların rəğbətinə səbəb oldu.